Taliban Əfqanıstanda qadınların kişi həkimlərə getməsinə qadağa qoyub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, qərara ölkə daxilində və xaricdəki qadın hüquqları müdafiəçiləri sərt etiraz ediblər. Bildirlib ki, qadınların universitetlərdə oxuyub həkim olmasına icazə verilmir. İndi onlara kişi həkimlərin yanına getmək də qadağandır: “Bu vəziyyətdə qadınlar yalnız ölməlidirlər. Qadınlar ölümə məhkumdur”.
Talibanın eyni qadağa çərçivəsində yaxın 10 gün ərzində qadın gözəllik salonlarını tamamilə bağlayacağı da bildirilib.
Baqlan vilayətində Talibanın mülk sahiblərinə qadın gözəllik salonlarına dükan icarəyə verməsini qadağan etdiyi, halbuki artıq fəaliyyət göstərən salonların bağlandığı deyilir. Eynilə, Kunduz, Taxar və Bədəkşanda gözəllik salonları bağlanıb. Qapalı salonları qadınlar idarə etdiyi halda, qadınlarla bağlı sektorda öz işləri ilə məşğul olan qadınların da işləməsinə mane olurdu.
Ölkənin keçmiş nazirlərindən olan Şəbnəm Nəsimi Talibanın son qərarını pisləyib və “Twitter” hesabında “Talibanın qadınlara qarşı apardığı müharibəyə qarşı utancverici susqunluq davam edir” deyə açıqlama verib.
Aytac Aslan



jpg-1676618871.webp)











