• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu gün səfərbərlik elan edilə bilər

DÜNYA

18 Yanvar 2023 | 10:20

Bu gün səfərbərlik elan edilə bilər

“Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə yeni səfərbərlik elan edilməsini açıqlaya bilər”.

Bakıvaxtı.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yayıb.

Məlumata görə, Putin bu gün Sankt-Peterburqda Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə çıxış edəcək. Bildirilir ki, Putin Rusiya xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir.

“Bir neçə rusiyalı hərbi bloqer qeyd edib ki, Rusiya lideri bu imkandan səfərbərliyin elan edilməsi üçün istifadə edə bilər. Ukrayna və Qərb kəşfiyyatı da dəfələrlə Putinin səfərbərliyə hazırlaşması barədə xəbərdarlıqlar edib. Sözügedən bu xəbərdarlıqlarda da səfərbərliyin yanvarın ortası elan ediləcəyi vurğulanıb”, - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026