"12 yox, Egeydə (Yunanıstan) 1 mil belə ərazi sularının genişlənməsinə icazə verməyəcəyik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın qalmaqallı 12 mil açıqlamasına reaksiya verərkən deyib.
Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini də vurğulayıb.
"BMT, ABŞ, Rusiya, İraq və rejimlə təmaslarımız davam edir. Bildiyiniz kimi, dünən Hulusi Paşa və Hakan bəy Moskvada idi. Lavrovla da görüşəcəyəm", -deyə Çavuşoğlu bildirib.
Nuranə Daxilqızı
















