• Bakı 15° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Cəlal Nağıyev: Qarabağda minalanmış sahələrdə radiasiya təhlükəsizliyi yoxlanılır - VİDEO

CƏMİYYƏT

20 Oktyabr 2025 | 19:59

Cəlal Nağıyev: Qarabağda minalanmış sahələrdə radiasiya təhlükəsizliyi yoxlanılır - VİDEO

“2025-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənməmiş sahələrdə xüsusi dronlar vasitəsilə radiasiya təhlükəsizliyi yoxlanılır. Bu fəaliyyət Azərbaycanda ilk dəfə həyata keçirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “TV1”-ə açıqlamasında Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev deyib.

O bildirib ki, bu fəaliyyət Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyinin layihəsi çərçivəsində həyata keçirilir.

Dron texnologiyası ilə radiaktiv çirklənməyə məruz qalan ərazilər yoxlanılır.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından 400 şəxs mina terrorunun qurbanı olub, onlardan 70 nəfər həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daha ətraflı videomüsahibədə:


SON XƏBƏRLƏR