• Bakı 24° C

    14.67 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

"Çelsi" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb

İDMAN

22 Aprel 2026 | 20:41

"Çelsi" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb

İngiltərə təmsilçisi "Çelsi" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London kollektivi rəsmi açıqlamasında mütəxəssisə göstərdiyi fəaliyyətə görə təşəkkür edib və onun peşəkarlığını yüksək qiymətləndirib.

Bununla yanaşı, qərarın asan verilmədiyi vurğulanıb. Bildirilib ki, son nəticələr və komandanın çıxışı klubun gözləntilərindən aşağı olub. Mövsümün sonunadək "zadəganlar"ı müvəqqəti olaraq Kallum MakFarlan çalışdıracaq.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 48 xalla yeddinci pillədə qərarlaşıb.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026