• Bakı 16° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Çelsi” məğlub oldu

İDMAN

25 Sentyabr 2021 | 22:42 | Müəllif: Subhan Mahmudov

“Çelsi” məğlub oldu

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.

Görüş qonaqların minimal hesabla qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolun müəllifi matçın 53-cü dəqiqəsində Qabriel Jesus olub. O, Joao Kanselonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.

Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub - 1:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR