• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Barselona"nın futbolçusu sıradan çıxdı

İDMAN

25 Oktyabr 2021 | 20:37 | Müəllif: Subhan Mahmudov

"Barselona"nın futbolçusu sıradan çıxdı

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq yaxın vaxtlarda komandasına kömək edə bilməyəcək. 

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, niderlandlı futbolçunun La Liqanın 10-cu turunun "Real"la matçında (1:2) zədələndiyini təsdiqlənib. Niderlandlı futbolçu görüşün 77-ci dəqiqəsində əvəzlənib. Onun əzələsindən xəsarət aldığı bildirilir. De Yonqun sağalma müddəti isə hələlik məlum deyil. 

24 yaşlı oyunçunun çərşənbə günü keçiriləcək "Rayo Valyekano" ilə La Liqanın 11 -ci tur oyununu buraxacağı dəqiqdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026