• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Mandjukiç Xorvatiya millisində

İDMAN

23 Noyabr 2021 | 19:05 | Müəllif: Subhan Mahmudov

Mandjukiç Xorvatiya millisində

"Bavariya"nın sabiq hücumçusu Mario Mandjukiç Xorvatiya millisinin məşqçilər heyətinə qoşulub.

Bakıvaxtı.az Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, yığmanın baş məşqçisi Zlatko Daliçin köməkçisi vəzifəsinə təyin edilib. 35 yaşlı sabiq hücumçu komandaya 2022-ci il dünya çempionatına hazırlaşmağa kömək edəcək.

Qeyd edək ki, Xorvatiya millisinin keçmiş üzvü Mandjukiç futbolçu karyerasını sentyabrın əvvəlində başa vurub.

Xatırladaq ki, Xorvatiya yığması DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə qazanıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026