• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Gömrükçü idmançımız dünya rekorduna imza atıb

İDMAN

23 Dekabr 2021 | 17:53 | Müəllif: Subhan Mahmudov

Gömrükçü idmançımız dünya rekorduna imza atıb

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks birliyinin əməkdaşı Ramin Süleymanzadə dünya rekordunu təzələyərək qızıl medal qazanıb.
 

60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 160 kq, "Benchpress" hərəkətində 116 kq və "Deadlift" hərəkətində 206 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin, idmançımız 3 hərəkətin cəmində 482 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.

Xatırladaq ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026