• Bakı 16° C

    0.09 m/s

"Neftçi" Polşa komandası ilə qarşılaşacaq

İDMAN

23 Dekabr 2021 | 00:48 | Müəllif: Subhan Mahmudov

"Neftçi" Polşa komandası ilə qarşılaşacaq

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Bakıvaxt.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda keçiriləcək və fiziki hazırlığa həsr olunacaq.

Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki oteldə məskunlaşacaq "ağ-qaralar" sözügedən ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.

Yanvarın 24-dəki rəqib isə hələlik dəqiqləşməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR