• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Futbol azarkeşləri arasında qanlı DAVA

İDMAN

23 Dekabr 2021 | 18:10 | Müəllif: Subhan Mahmudov

Futbol azarkeşləri arasında qanlı DAVA

Londonda "Tottenhem Hotspur" stadionunun yaxınlığında "Tottenhem" və "Vest Hem"in azarkeşləri arasında kütləvi dava olub.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, futbol üzrə İngiltərə Liqa Kubokunun 1/4 final oyunu başlamazdan əvvəl stadionun əsas tribunasında dava düşüb.

Azarkeşləri dəyənəklərlə silahlanmış polis ayırıb. Meydan sahiblərinin azarkeşlərinin bir daha onlara hücum etməməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları "Vest Hem" azarkeşlərini tribunalara qədər müşayiət etməli olublar.

Azarkeşlərdən biri üzü qanlı dava yerini tərk edib. Dava zamanı bir nəfərin huşunu itirdiyi də bildirilir. Zərərçəkənlərə həkimlər yerindəcə köməklik göstəriblər.

Liqa rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb. Polis kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün görüntüləri araşdırır.

"Tottenhem" "Vest Hem"i 2:1 hesabı ilə məğlub edərək kubokun yarımfinalına yüksəlib. Növbəti oyunda komanda "Çelsi" ilə qarşılaşacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026