• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

“Çelsi”dən səfərdə darmadağın - VİDEO

İDMAN

06 Mart 2022 | 00:40 | Müəllif: Subhan Mahmudov

“Çelsi”dən səfərdə darmadağın - VİDEO

İlgiltərə çempionatının 28-ci turunda “Çelsi” səfərdə “Börnli”ni darmadağın edib.

Bakıvaxtı.az xəbər veeir ki, ilk hissəsi sönük məcrada keçən qarşılaşmada qonaqlar bütün qolları ikinci hissədə vurub.

Hesabı 47-ci dəqiqədə R.Ceyms vurub. 52-ci dəqiqədə K.Havertz hesabı 2-0-a çatdırıb. Üç dəqiqədə sonra yenidən fərqlənən K.Havertz fərqi üç topa çatdırıb.

Qarşılaşmada son nöqtəni ikinci qolda məhsuldar ötürmə etmiş C.Pulişiç qoyub.

4-0 hesabı ilə qələbə qazanan “Çelsi” üçüncü pillədəki mövqeyini (53 xal) möhkəmləndirib.

İngiltərə çempionatına aktivində 66 xalı olan “Mançester Siti” liderlik edir. “Liverpul” üç xal fərqlə ikinci pillənin sahibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026