• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Çempionlar Liqası: "Qarabağ"ın Bolqarıstan klubu ilə oyunlarının hakimləri müəyyənləşib

CƏMİYYƏT

01 Avqust 2024 | 15:26 | Müəllif: Əli Hüseynov

Çempionlar Liqası: "Qarabağ"ın Bolqarıstan klubu ilə oyunlarının hakimləri müəyyənləşib

"Qarabağ"ın Bolqarıstanın “Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Bakıvaxtı.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

6 avqust.

20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider
Baş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin Zürçer
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç
Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust

22:00. “Ludoqorets” - “Qarabağ”
Baş hakim: Simon Sozza
Baş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperiale
Dördüncü hakim: Matteo Marçetti
VAR hakimləri: Gianluka Aureliano, Marko Serra
"Ludoqorets Arena"

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026