• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Çempionlar Liqası sensasiya ilə başladı

İDMAN

14 Sentyabr 2021 | 23:45 | Müəllif: Subhan Mahmudov

Çempionlar Liqası sensasiya ilə başladı

Sentyabrın 14-də futbol üzrə 2021-2022-ci il mövsümünün qrup mərhələsinin ilk iki oyununa start verilib.

Bakıvaxtı.az xəbər verir ki, İspaniyada "Sevilya" Avstriyanın "Zaltsburq" klubu ilə heç-heçə edib - 1:1.

İsveçrənin "Yanq Boyz" və İngiltərənin "Mançester Yunayted" komandası arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026