• Bakı 21° C

    8.04 m/s

"Real" və "Atletiko"nun oyunları təxirə salındı

İDMAN

13 Oktyabr 2021 | 21:21 | Müəllif: Subhan Mahmudov

"Real" və "Atletiko"nun oyunları təxirə salındı

İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salmaq qərarına gəlib .

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, oktyabrın 17-də keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təyin olunan gündə reallaşmayacaq.

Oktyabrın 15-də Cənubi Amerikası zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.

Qarşılaşmaların yeni tarixləri daha sonra açıqlanacaq.

Xatırladaq ki, 8 turdan sonra "Real" La Liqanın turnir cədvəlində 17 xalla 1-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026