“İnter”in yarımmüdafiəçisi Kristian Eriksen qarşıdakı mövsümdən karyerasını bərpa edəcək.
Bakıvaxtı.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hazırda futbolçu Danimarkada bərpa prosesini keçir. O, 2022/23 mövsümündə meydanlara qayıtmağı planlaşdırır. Eriksen 2022-ci ilin əvvəlində yükləmələri artırmaq niyyətindədir.
Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də Finlandiya ilə keçirlən görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.(qol.az)
















