• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Eto'O prezident seçildi

İDMAN

11 Dekabr 2021 | 20:37 | Müəllif: Subhan Mahmudov

Eto'O prezident seçildi

"Anji", "Barselona", "İnter" və "Çelsi"nin sabiq hücumçusu Samuel Eto'O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.

Bakıvaxtı.az federasiyanın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı sabiq futbolçu seçkilərin nəticələrinə görə hazırkı prezident Seydu Mbombuo Njoyu qabaqlayıb - 31 səsə qarşı 43 səs .

Xatırladaq ki, Samuel Eto'O peşəkar karyerasını 2019-cu ildə başa vurub. Kamerunlu karyerası ərzində “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor”, Qətər klublarında çıxış edib. Eto'O üç dəfə Çempionlar Liqasının qalibi, üç dəfə İspaniya çempionu və bir dəfə İtaliya A Seriyasının qalibi olub.Samuel 1996-2014-cü illərdə çıxış etdiyi Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026