• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxdu

İDMAN

09 Yanvar 2022 | 22:23 | Müəllif: Qalib İbrahimoğlu

Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxdu

İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Andrey Şevçenko A Seriyasının 21-ci turunun “Spetsia” ilə oyununu buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, baş məşqçinin koronavirus testi müsbət olub.

Dekabrın 28-də ukraynalı mütəxəssis koronavirusa yoluxub və yanvarın 6-da keçirilən İtaliya çempionatının 20-ci turunun “Sassuolo” ilə (1:1) matçını buraxmaq riski ilə üzləşib.

Yanvarın 5-də Şevçenko COVID-19 üçün verdiyi testin mənfi olduğunu və matçda iştirak edə biləcəyini açıqlamışdı. Bu gün, yanvarın 9-da klubun mətbuat xidməti onun yenidən koronavirusa yoluxduğunu və “Spetsia” ilə matçda iştirak etməyəcəyini açıqlayıb./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026