• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Premyer Liqa matçı yenidən təxirə salındı

İDMAN

10 Yanvar 2022 | 09:50

Premyer Liqa matçı yenidən təxirə salındı

İngiltərə Premyer Liqasında 18-ci turun “Everton” – “Lester Siti” oyunu yenidən təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın yanvarın 11-də keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Lester Siti” klubu bu görüşün yenidən təxirə salınmasını istəyib. Buna sözügedən komandada hələ də əksər futbolçuların koronavirusdan tam sağalmaması səbəb göstərilib.

Bu oyunun nə vaxt keçiriləcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026