• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Qəbələ" böyük hesabla məğlub oldu

İDMAN

08 Fevral 2022 | 23:44 | Müəllif: Subhan Mahmudov

"Qəbələ" böyük hesabla məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son oyununda "Sumqayıt" klubu “Səbail”in qonağı olub. “ASCO Arena”dakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı meydan sahibləri açıblar. Domantas Şimkus 17-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Matçın 65-ci dəqiqəsində isə “gənclik şəhəri” təmsilçisi tarazlığı bərpa edib. “Dənizçilər”in heyətində Camal Araqo avtoqol müəllifi olub.

Günün digər matçında isə “Sabah” evdə “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Keşlə”yə 1:0, “Qarabağ" "Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026