• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Messi son 15 ildə ilk dəfə pley-off mərhələsində qol vura bilməyib

İDMAN

10 Mart 2022 | 10:25

Messi son 15 ildə ilk dəfə pley-off mərhələsində qol vura bilməyib

Fransanın PSJ klububunun futbolçusu Lionel Messi son 15 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qol vurmayıb.

Bakıvaxtı.az xəbər verir ki, 35 yaşlı hücumçu son olaraq İspaniya "Real Madrid"inə qarşı 1/8 final mərhələsinin oyunlarında fərqlənə bilməyib.

Parisdə rəqibini 1:0 hesabı ilə məğlub edən komanda Madriddə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Messi daha əvvəl 2007-ci ilin fevralında pley-off görüşlərində eyni uğursuzluğu yaşayıb. İngiltərə "Liverpul"u həmin vaxt İspaniya "Barselona"sını evdə 1:0, səfərdə 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin avqustunda "Barselona"dan keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026