Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda Bosniya və Herseqovina millisi ilə qarşılaşıb.
Millimiz əlavə vaxtda buraxdığı qolla uduzub - 0:1.
7 aprel
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
Bosniya və Herseqovina – Azərbaycan 1:0
Qol: Milena Nikoliç, 90+4.
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. “Qrbaviça” stadionu.
Yığmamız qrupdakı 8-ci görüşündə səfərdə Danimarka ilə qarşılaşacaq.
Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.
















