Asiya Oyunları təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Asiya Olimpiya Şurası məlumat yayıb.
"Asiya Olimpiya Şurası Çinin Hançjou şəhərində 2022-ci il sentyabrın 10-dan 25-dək keçirilməsi planlaşdırılan 19-cu Asiya Oyunlarının təxirə salınacağını açıqlaylır.
İdman yarışının yeni tarixi daha sonra açıqlanacaq", bəyanatda qeyd olunub.
Oyunların təxirə salınması ilə bağlı heç bir səbəb göstərilməyib, lakin bu bəyanat Çinin COVİD19-un yenidən canlanması ilə mübarizə apardığı zamana təsadüf edir.
















