"Mançester Yunayted"dən ayrılan Pol Poqba "Real"a transfer olunmayacaq.
Bakıvaxtı.az COPE-yə istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlı deyil. Klub bu transferi qəti şəkildə inkar edib.
Qeyd edək ki, 29 yaşlı futbolçunun adı PSJ və "Yuventus"la da hallanır.
















