• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Kristian Eriksen “Mançester Yunayted”lə anlaşıb

İDMAN

04 Iyul 2022 | 16:05

Kristian Eriksen “Mançester Yunayted”lə anlaşıb

Danimarka millisinin futbolçusu Kristian Eriksen qərarını verib.

Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi “Mançester Yunayted”ə keçməyə razılaşıb.

“Brentford”dan ayrıldıqdan sonra azad agent statusuna malik olan 30 yaşlı pleymeyker “qırmızı şeytanlar”ın 3 illik müqavilə təklifini qəbul etməyə hazırdır. Tərəflər hazırda sözləşmənin son detallarını müzakirə edir. Bu mərhələdə hər hansı bir problem olmasa, Eriksen yaxın günlərdə Mançester klubunda tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Kristian Eriksen ötən mövsümün ikinci yarısında Premyer Liqada 11 oyuna çıxıb, 1 qol, 4 assistlə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026