• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Neftçi”nin oyunu üçün biletlər satışa çıxarıldı

İDMAN

01 Avqust 2022 | 16:08

“Neftçi”nin oyunu üçün biletlər satışa çıxarıldı

“Neftçi”nin Bakıda Avstriyanın “Rapid” (Vyana) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

Paytaxt təmsilçisindən Bakıvaxtı.az-a verilən məlumata görə, biletlərin qiyməti 2 AZN (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 AZN (3B) və 10 AZN (VİP, 3A) təşkil edir.

Biletlərin satışı “iTicket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. İndiyədək təqribən 2 200 bilet satılıb.

Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Rapid” matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026