Son günlər Gənclər və İdman Nazirliyinin adından və loqosundan istifadə etməklə tədbirlər təşkil edənlərin sayı artmaqdadır.
Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Bakıvaxtı.az-a açıqlama verib.
"Təəssüf ki, son zamanlar Gənclər və İdman Nazirliyinin loqosundan icazəsiz istifadə hallarına yol verilir.
Belə hallardan biri də, bu günlərdə "Sea Breeze Resort"da təşkil edilmiş turnirlə bağlı baş verib. Nəzərinizə çatdırırıq ki, yarışın afişasında nazirliyin loqosu əks olunsa da, bu turnirin Gənclər və İdman Nazirliyinə aidiyyatı yoxdur", -deyə Q.Mehdiyev bildirib.
Ramid İbrahimov

















