• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda oynamış futbolçu Ukrayna klubunda 

İDMAN

30 Sentyabr 2022 | 11:35

Azərbaycanda oynamış futbolçu Ukrayna klubunda

Azərbaycanda "Səbail" və "Sabah" komandalarının formalarını geyinmiş konqolu futbolçu Kevin Kubemba Ukraynanın "Çernomorets" klubuna keçib.

Bakıvaxtı.az  Odessa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli forvard Premyer Liqa klubuna azad agent kimi transfer olunub.

Hazırda "Çernomorets"ə "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir.

Qeyd edək ki, Kevin Kubemba 2018-2019-cu illərdə "Səbail"in, 2019 - 2021-ci illərdə isə "Sabah"ın şərəfini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026