Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Renn"in oyunçusu Amin Quiri 1-ci olub. O, Lyuk De Yonq (PSV) , Roberto Navarro ("Real Sosyedad") və Omri Altmanı (AEK, Kipr) qabaqlayıb.
Qeyd edək ki, A.Quiri Avroliqanın 5-ci turunda "Fənərbaxça" ilə matçda (3:3) 2 qol vurub, 1 qolun ötürməsini verib.
















