• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub edib - YENİLƏNİB

İDMAN

27 Noyabr 2022 | 18:56

DÇ-2022: Mərakeş millisi Belçikanı məğlub edib - YENİLƏNİB

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər. 

Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib. 

Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.  

Qrupun digər görüşündə Xorvatiya Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***18:55

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda növbəti qol vurulub. 

Bakıvaxtı.az-ın məlumatına görə, 90+2-ci dəqiqədə Mərakeş yığmasında Zakaria Aboukhlal fərqi artırıb - 2:0.  

***18:34

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda hesab açılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, 73-cü dəqiqədə Abdelhamid Sabiri Mərakeşi hesabda önə keçirib - 1:0. 

***18:06

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda ikinci hissə başlayıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb. 

***17:50

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyununda birinci hissə başa çatıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

***17:00

Qətərdə keçirilən dünya çempionatında Belçika və Mərakeş yığmaları arasında F qrupunun II tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.

***15:37

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Belçika və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Belçika: Tibo Kurtua, Toma Mönye, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Amadu Onana, Aksel Vitsel, Eden Azar, Torqan Azar, Mişi Batşuayi, Kevin De Brüyne

Mərakeş: Yassin Bunu, Əşrəf Hakimi, Nayef Aquerd, Romen Saiss, Nussair Mazraui, Sofyan Amrabat, Unai Azzedin, Sekin Amallah, Hakim Ziyeş, Yussuf En-Nesiri, Sofyan Bufal

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


SON XƏBƏRLƏR

24 Aprel 2024