• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məhəmməd Salah yeni rekord vurdu

İDMAN

27 Dekabr 2022 | 09:18

Məhəmməd Salah yeni rekord vurdu

İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah Kenni Dalqlişin uğurunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı hücumçu buna Premyer Liqanın XVII turunda "Aston Villa"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənməklə nail olub.

Dalqliş və Salah 172 qolla Mersisayd təmsilçisinin bombardirləri siyahısında yeddinci yerdədirlər. Şotlandiyalı forvard 515, misirli oyunçu isə 277-ci matçda bunu bacarıb.

"Liverpul" tarixində ən çox qol vuran futbolçu isə İan Raşdır. 61 yaşlı keçmiş hücumçu 660 qarşılaşmada 346 dəfə fərqlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026