• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna FIFA və UEFA-dan kənarlaşdırıla bilər

İDMAN

25 Yanvar 2023 | 09:25

Ukrayna FIFA və UEFA-dan kənarlaşdırıla bilər

Ukrayna Futbol Assosiasiyası (UAF) FIFA və UEFA-dan kənarlaşdırıla bilər.

Bakıvaxtı.az  xəbər verir ki, hər iki təşkilat bu barədə UAF-a xəbərdarlıq edib.

FIFA və UEFA-nın göndərdiyi məktubda bildirilib ki, UAF İcraiyyə Komitəsinin üzvlərinə növbədənkənar iclasın keçirilməsi tələblərini imzalamaq üçün təzyiq göstərilir.

Qurumlar UAF-ın üçüncü şəxslərin təsiri altında olmasından razı deyil.

Qeyd edək ki, milli futbol assosiasiyalarının beynəlxalq qurumlara üzvlüyü müstəsna olaraq FIFA və UEFA-nın nizamnaməsinə ciddi əməl olunması və müvafiq olaraq milli futbol strukturlarının fəaliyyətinin müstəqilliyi ilə təmin edilir. Bu qaydanın hər hansının pozulması "FIFA Nizamnaməsinin 16-cı və UEFA Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq UAF-ın FIFA və UEFA-ya üzvlüyünün dayandırılmasına səbəb ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026