• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qurban Qurbanovdan "Gent"lə oyun haqda açıqlama

İDMAN

22 Fevral 2023 | 22:56 | Müəllif: Subhan Mahmudov

Qurban Qurbanovdan "Gent"lə oyun haqda açıqlama

Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik.

Bakıvaxtı.az xəbər verir  ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

"Futbolçularımın sağlam olması mənə əlavə güc, düşüncə verir. Buraya gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik", - Q.Qurbanov söyləyib.

Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026