• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Messi karyerasında 800-cü qolunu vurdu - VİDEO

İDMAN

24 Mart 2023 | 09:42 | Müəllif: Subhan Mahmudov

Messi karyerasında 800-cü qolunu vurdu - VİDEO

Argentina millisinin ulduz futbolçusu Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.

Bakıvaxtı.az bildirir ki, 36 yaşlı hücumçu Panamaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda fərqlənib.

Təcrübəli forvard 89-cu dəqiqədə komandasının sonuncu qoluna imza atıb. 78-ci dəqiqədə Tyaqo Almada hesabı açıb.

Hazırda Fransa PSJ-sində çıxış edən hücumçu klub karyerasında 701, yığmada isə 99 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. Komandanın bombardiri 2022-ci ildə Qətərdəki dünya çempionatında qızıl medal qazanıb və mundialın ən yaxşı oyunçusu seçilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026