• Bakı 16° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Rusiya UEFA Superkuboku matçından məhrum ediləcək

İDMAN

24 Yanvar 2023 | 21:27

Rusiya UEFA Superkuboku matçından məhrum ediləcək

Rusiya 2023-cü ildə UEFA Superkuboku uğrunda oyuna ev sahibliyi etmək hüququndan məhrum ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, oyun avqustda Kazandakı “Ak Bars Arena” stadionunda keçirilməlidir. Matçın məkanı 2020-ci ildə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi tərəfindən seçilib.

Qeyd olunur ki, qurum hazırda matçın təxirə salınması variantlarını axtarır.

Xatırladaq ki, bundan əvvəl UEFA Sankt-Peterburq şəhərini 2022-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək hüququndan məhrum edib. Əsas avrokubokların həlledici matçı Parisdə baş tutub.


SON XƏBƏRLƏR