• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Gent" - "Qarabağ" oyununa maraq azdır

İDMAN

22 Fevral 2023 | 09:25

"Gent" - "Qarabağ" oyununa maraq azdır

Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bakıvaxtı.az  "Nieuwsblad" nəşrinə istinadən xəbər verir ki, hələlik "Gelamko Arena"dakı qarşılaşma üçün 9 000 bilet alınıb.

11 000-ə yaxın biletin isə satışda olduğu bildirilib. Stadion 20 000 azarkeş tutumuna malikdir.

Nəşr marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirib.

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026