• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Regekampf Qətərə köçə bilər

İDMAN

23 Mart 2023 | 09:58

Regekampf Qətərə köçə bilər

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Qətərdən təklif alıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı “digisport.ro” saytı yayıb.

Rumınların iddiasına görə, 48 yaşlı mütəxəssis Qətər klublarının diqqət mərkəzinə düşüb. Adıçəkilən ölkənin bir neçə komandası mövsümün sonunda onun keçidinə çalışacaq.

Ancaq bunun üçün ilk növbədə “Neftçi”nin razılığını almaq lazımdır. Çünki Regekampfın bakılılarla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Regekampfın rəhbərlik etdiyi “Neftçi” hazırda Azərbaycan Premyer Liqasında üçüncü pillədə qərarlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026