• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub

İDMAN

20 Aprel 2023 | 23:16 | Müəllif: Subhan Mahmudov

Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub

UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.

Bakıvaxtı.az bildirir ki, 1/4 finalın cavab oyununda "Fiorentina" İtaliyada Polşa "Lex"inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.

Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi - 4:1.

Bu qarşılaşma ilə eyni saatda başlayan "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) görüşündə isə əlavə vaxt oynanılacaq. Buna səbəb ümumi hesabın bərabər olmasıdır.

UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar: Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun - 4:1

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (ƏLAVƏ VAXT)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026