• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Neftçi" "Fənərbağça" ilə eyni turnirdə iştirak edə bilər

İDMAN

20 May 2023 | 00:21 | Müəllif: Subhan Mahmudov

"Neftçi" "Fənərbağça" ilə eyni turnirdə iştirak edə bilər

"Neftçi" bu yay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq tunirində iştirak edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubdan "Sport-ekspress" nəşrinə açıqlama verilib.

Bildirilib ki, "ağ-qaralar" mini-turnirə qatılmaqda maraqlıdır: "Danışıqlar gedir, lakin hələlik iştirakımızı rəsmən təsdiqləyə bilmirik".

Turnirdə Rusiyanın "Zenit", Türkiyənin "Fənərbağça" və Serbiyanın "Srvena Zvezda" komandaları da mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Moskva "Dinamo"sunun da turnirə qatılacağı bildirilib. Lakin paytaxt klubunda baş məşqçi dəyişikliyi olduğundan, sözügedən kollektivi məhz "Neftçi"nin əvəzləyəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR