Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Bakıvaxtı.az xəbər verir, ilk gündə Azərbaycanın 5 idmançısı döşək üzərinə çıxacaq.
55 kq-da yer alan Eldəniz Əzizli 1/4 finalda Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
63 kq-da çıxış edən Taleh Məmmədov Yakopo Sandron (İtaliya) / Kriştian Kekemeti (Macarıstan) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.
77 kq-da Sənan Süleymanov 1/8 finalda Joltan Levayla (Macarıstan) qarşılaşacaq.
87 kq çəki dərəcəsindəki İslam Abbasov təsnifat mərhələsində Turpal Maqamadovla (Fransa) münasibətlərinə aydınlıq gətirəcək.
Nəhayət, 130 kq-da mübarizə aparan Sabah Şəriəti isə 1/8 finalda Dariuş Viteklə (Macarıstan) üz-üzə gələcək.
Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə, Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
















