• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin cütləri məlum oldu

İDMAN

24 Yanvar 2023 | 15:54

Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin cütləri məlum oldu

Futbol üzrə Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, 1/4 finalda İstanbul təmsilçilərindən "Fənərbağça" "Kayserispor"la, "Qalatasaray" isə "Başakşehir"lə üz-üzə gələcək.

Son ölkə çempionu "Trabzonspor" "Ankaragücü"nu sınağa çəkəcəksə, "Sivasspor" "Qaziantep" səddini keçməyə çalışacaq.

Yarımfinalda "Fənərbağça" - "Kayserispor" cütünün qalibi "Sivasspor" - "Qaziantep", "Qalatasaray" - "Başakşehir" matçının qalibi isə "Ankaragücü" - "Trabzonspor" cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.

1/4 final qarşılaşmaları bir, yarımfinallar isə iki oyundan ibarət olacaq.


SON XƏBƏRLƏR