• Bakı 23° C

    4.75 m/s

“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi

İDMAN

24 Yanvar 2023 | 21:00 | Müəllif: Subhan Mahmudov

“Sumqayıt” növbəti transferini gerçəkləşdirdi

Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq İsrail “Bney Yehuda”sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

28 yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama”, İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026