• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Messi PSJ-nin 3 oyununu buraxacaq

İDMAN

27 Dekabr 2022 | 16:17

Messi PSJ-nin 3 oyununu buraxacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi komandanın qarşıdakı 3 oyununu buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Argentina millisinin kapitanı çempionatın 2, ölkə kubokunun isə 1 matçında iştirak edə bilməyəcək.

Yığma ilə Qətərdə dünya çempionluğunu qazanan 35 yaşlı oyunçuya məşqçilər korpusu istirahət üçün vaxt verib. Ulduz futbolçu yanvarın 3-də Fransaya qayıdaraq məşqlərə başlayacaq. Messi Liqa 1-də “Strasburq” (28 dekabr) və “Lans” (1 yanvar), eyni zamanda, ölkə kobokunda “Şatoru” (6 yanvar) ilə görüşü buraxacaq.

Qeyd edək ki, PSJ 15 turdan sonra 41 xalla Fransa çempionatına başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR