• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Azərbaycan superkuboku bərpa edilə bilər

İDMAN

27 Dekabr 2022 | 14:08

Azərbaycan superkuboku bərpa edilə bilər

“Azərbaycan Superkubokunu bərpa etməyə çalışırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov eksklüziv məlumat verib.

Qurum rəhbəri bildirib ki, mövsümün sonunda Superkubokun təşkili məsələsi artıq müzakirə olunub: “Səmimi deyim ki, problemimiz Superkuboku nə vaxt keçirməyimizlə bağlıdır. Çünki təqvim çox sıxdır, bu matçı əlavə etməyə yer yoxdur. Yenə də çalışırıq ki, mövsümün sonu üçün təqvimə Superkuboku əlavə edək. Ancaq indidən buna söz verə bilmərəm”.

Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 2013-cü ildə keçirilib. Naxçıvanda baş tutan həlledici qarşılaşmada “Xəzər Lənkəran” “Neftçi”ni (2:1) məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026