• Bakı 12° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Messi Maradonaya çatıb

İDMAN

27 Noyabr 2022 | 10:19 | Müəllif: Subhan Mahmudov

Messi Maradonaya çatıb

Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, 36 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən mundialda Argentinaya qarşı II tur matçında meydana çıxmaqla nail olub.

Quardado karyerasında 5-ci dəfə turnirdə iştirak edib. O, Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffona (İtaliya), Lionel Messi və Kriştianu Ronalduya (Portuqaliya) çatıb.

Messi və Ronaldu da DÇ-2022-də rekordçular sırasına düşüb.

Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR