• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

DÇ-2022: Bu gün İspaniya - Almaniya oyunu keçiriləcək

İDMAN

27 Noyabr 2022 | 09:50

DÇ-2022: Bu gün İspaniya - Almaniya oyunu keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II turun daha 4 oyunu keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.

DÇ-2022

Qrup mərhələsi, II tur

27 noyabr

E qrupu

14:00. Yaponiya - Kosta Rika

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Əhməd İbn Əli" stadionu

23:00. İspaniya - Almaniya

Baş hakim: Denni Makkelli (Niderland)

"Əl Bayt" stadionu

Xal durumu: İspaniya - 3, Yaponiya - 3, Almaniya - 0, Kosta Rika - 0

F qrupu

17:00. Belçika - Mərakeş

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Al Tumama" stadionu

20:00. Xorvatiya - Kanada

Baş hakim: Andres Matonte (Uruqvay)

"Xəlifə" stadionu


SON XƏBƏRLƏR

25 Aprel 2024