• Bakı 15° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

DÇ-2022: Kosta Rika Yaponiyanı məğlub edib - YENİLƏNİB

İDMAN

27 Noyabr 2022 | 15:55

DÇ-2022: Kosta Rika Yaponiyanı məğlub edib - YENİLƏNİB

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub.

Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır.

Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***15:39

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda hesab açılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, Kosta Rika millisi 81-ci dəqiqədə Keyşer Fullerin qolu ilə hesabda önə keçib. 

***15:03

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda ikinci hissə başlayıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.  

***14:47

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyununda ilk hissə başa çatıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

***14:02

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Kosta Rika yığmaları arasında E qrupunun II tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb. 

***13:05

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək Yaponiya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda

Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell

Qeyd edək ki, qarşılaşma saat 14:00-da start götürəcək.


SON XƏBƏRLƏR