• Bakı C

    5.59 m/s

Anası ölməzdən əvvəl Ronaldonu bu klubda görmək istəyir

İDMAN

29 Sentyabr 2022 | 13:56

Anası ölməzdən əvvəl Ronaldonu bu klubda görmək istəyir

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun anası Mariya Dolores  Aveyru oğlunun "Sportinq"ə (Lissabon) mümkün qayıdışından  danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, "Nova Genta"ya açıqlamasında deyib: "Bu, baş verə bilər, amma indi deyil. Bu il bunun üçün deyildi, amma gələn il ola bilər. Ronaldoya dedim: “Oğlum, ölməmişdən əvvəl səni yenidən "Sportinq" forması ilə görmək istəyirəm".

Ronaldo gəlməsə, oğlu Kriştiano gələcək. Bu, onun taleyidir. Nəvəm yaşına görə atasından daha yaxşı oynayır. O, artıq Lissabonda yaşamaq və "Sportinq"də oynamaq istədiyini söylədi. Hər ikisi bu klubda oynasaydılar, arzum reallaşardı".(qol.az)


SON XƏBƏRLƏR

03 Dekabr 2022