"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq futbolçusu Kriştiano Ronaldonun ötənilki oyun səviyyəsinə qayıda bilib-bilməyəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçu ilə bağlı deyib: “Hər şey ondan asılıdır. Son həftələrdə Ronaldonun neçə şans yaratdığına, komandanın onun üçün nə qədər imkan yaratdığına baxsanız, onun hələ də bunu bacarmağa qadir olduğunu görərsiniz. Məncə, bu mümkündür".
Qeyd edək ki, Ronaldo dünən Avroliqada "Şerif"la matçda (3:0) komandasının sonuncu qolunun müəllifi olub.
















