• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Neftçi”nin mümkün rəqibi bilinib

İDMAN

02 Avqust 2022 | 17:36

“Neftçi”nin mümkün rəqibi bilinib

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Neftçi”nin də mümkün rəqibi bəlli olub.

Əsas yolda mübarizə aparan “ağ-qaralar” III təsnifat mərhələsini adlasa, “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bunun üçün Laurentsiu Regekampfın yetirmələri Avstriyanın “Rapid” (Vyana) klubunu keçməlidir.

“Neftçi” pley-offa vəsiqə qazansa, ilk qarşılaşmanı səfərdə keçirəcək. Bu mərhələnin görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında qarşılaşmalar avqustun 4-də və 11-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026